Avropada təbii qazın qiyməti enəcək - Proqnoz
Tarix: 04-11-2021 09:25 | Bölmə: İqtisadiyyat
Avropada təbii qazın qiyməti enəcək

2022-ci ildə Avropada təbii qazın qiymətləri azala bilər. Reyting.az-ın məlumatına görə, bu, Böyük Britaniyanın "Capital Economics" tədqiqat və konsaltinq şirkətinin proqnozunda deyilir.

Analitiklərin proqnozlarına əsasən, bu ilin dördüncü rübündə Avropada təbii qazın 65 avro/meqavatt-saat, 2022-ci ilin birinci rübündə isə 55 avro/meqavatt-saatadək azalması gözlənilir.

2022-ci ilin ikinci rübündə qaz qiymətlərinin 45 avro, üçüncü rübündə 35 avro, dördüncü rübündə isə 25 avro səviyyəsində olacağı proqnozlaşdırılır.

Eyni zamanda, proqnozlara əsasən, 2021-ci ilin dördüncü rübündə ABŞ-da təbii qaz qiymətləri min BİV (Britaniya istilik vahidi) üçün 5 dollar, 2022-ci ilin birinci rübündə 4,5 dollaradək azalacaq.

2022-ci ilin ikinci rübündə ABŞ-da qaz qiymətlərinin min BİV üçün 4 dollar, üçüncü rübündə 3,5 dollar, dördüncü rübündə isə 3 dollar səviyyəsində olması proqnozlaşdırılır.

"Capital Economics", həmçinin 2021-ci ilin dördüncü rübündə Asiyanın mayeləşdirilmiş təbii qazın spot qiymətləri min BİV üçün 25 dollar, 2022-ci ilin birinci rübündə 21,3 dollaradək azalacaq.

2022-ci ilin ikinci rübündə bu göstəricinin min BİV üçün 17,5 dollar, üçüncü rübündə 13,8 dollar, dördüncü rübündə isə 3 dollar səviyyəsində olması proqnozlaşdırılır.(Trend)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər