13:14 / 16-05-2024
Azərbaycanda əhali artıb
12:57 / 16-05-2024
Sabah yağış yağacaq
Azərbaycan “OPEC plus”un növbəti konsensusuna qoşulub - Foto
Tarix: 04-11-2021 23:23 | Bölmə: İqtisadiyyat
Azərbaycan “OPEC plus”un növbəti konsensusuna qoşulub

“OPEC plus” ölkələri nazirlərinin bu gün baş tutmuş 22-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barrel artırılması üzrə nazirlərin iyul iclasında qəbul edilmiş qərarın qüvvədə qalmasına dair razılıq əldə edilib.

Energetika Nazirliyindən Reyting.az-a verilən məlumata görə, qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi dekabrda gündəlik 64 min barrel təşkil edəcək. Yəni, Azərbaycan gündəlik xam neft hasilatını noyabr ayı ilə müqayisədə 7 min barrel artırmaqla 654 min barrel həcmində saxlamaq imkanı əldə edib.

Nazir Pərviz Şahbazov iclasdan sonra təşkil olunmuş mətbuat konfransı zamanı ünvanlanmış suallara cavab olaraq deyib:

“Bu gün qəbul edilmiş qərar həmişə olduğu kimi konsensus əsasında qəbul edilib və faktlara, araşdırmalara, təhlillərə əsaslanır”.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 23-cü iclasının 2 dekabr tarixində keçirilməsi razılaşdırılıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}