Vüqar Gülməmmədov: “Bu, makro-fiskal təhlillərin həyata keçirilməsinə mane olub”
Tarix: 10-11-2021 12:51 | Bölmə: İqtisadiyyat
Vüqar Gülməmmədov: “Bu, makro-fiskal təhlillərin həyata keçirilməsinə mane olub”

“Azərbaycanda dövlət büdcəsi zərfinə daxil olan bəzi sənədlərin informativ xarakterli olması, bəzi istiqamətlər üzrə göstəricilərin əvvəlki illərlə müqayisədə çeşidinin azalması makro-fiskal təhlillərin həyata keçirilməsinə mane olub”.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində bildirib.

“Sadalanan hallar və büdcə-vergi siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul ediləcək dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın və hesabatlılığın artırılması baxımından hesab edirik ki, büdcə qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac var. “Büdcə sistemi haqqında” qanunun 12-ci və 16-cı maddələrinə dəyişiklik edilməsini vurğulamaqla həmin dəyişiklikləri yeni redaksiyada büdcə ilə bağlı qanun layihəsinə verdiyimiz rəydə göstərmişik”, - deyə o, qeyd edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər