Maliyyə naziri: "Büdcə gəlirlərimiz nəzərdə tutulandan daha artıqdır"
Tarix: 10-11-2021 14:50 | Bölmə: İqtisadiyyat
Maliyyə naziri: "Büdcə gəlirlərimiz nəzərdə tutulandan daha artıqdır"

"Biz büdcə proqnozlarını tərtib edərkən neftin müəyyən qiymətini nəzərdə tutmuşduq. Hazırda 9 ayın orta çəkili qiyməti, təxminən, büdcə proqnozunda nəzərdə tutulan qiymətdən 28 dollar artıqdır".

Bunu maliyyə naziri Samir Şərifov noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

"Neftin qiymətinin artımı hələ də davam edir. Yəqin ki, hadisələri izləyirsiniz və bunun nə ilə bağlı olduğunu bilirsiniz", - nazir vurğulayıb.

Maliyyə naziri qeyd edib ki, Azərbaycanın büdcə gəlirləri nəzərdə tutulandan daha çoxdur: "1,5 milyard manat məbləğində əlavə daxilolmalar gözlənilir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər