Nazirdən deputatın iradına reaksiya: "Heç bir ərzaq məhsulının rüsumunda artım yoxdur"
Tarix: 10-11-2021 15:14 | Bölmə: İqtisadiyyat
Nazirdən deputatın iradına reaksiya: "Heç bir ərzaq məhsulının rüsumunda artım yoxdur"

Maliyyə naziri Samir Şərifov deputat Vahid Əhmədovun dövlət rüsumunun artırılmasına kənd təsərrüfatı və ərzaq məhsullarının bahalaşmasına təsiri barədə açıqlamasına reaksiya verib.

Reyting.az
xəbər verir ki, nazir Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib ki, bahalaşma yoxdur: "Hamıya bildirirəm ki, heç bir ərzaq məhsulının rüsumunda bir qəpik də olsun artım yoxdur. Ərzaq məhsullarının qiymətinə təsir edəcək dövlət rüsumlarında artımı yoxdur. Bu, tamamilə əsası olmayan uydurmalardır".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər