Daha 393 ictimai iaşə obyektində monitorinq keçirilib
Tarix: 10-11-2021 17:38 | Bölmə: İqtisadiyyat
Daha 393 ictimai iaşə obyektində monitorinq keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan Reyting.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 9-da ölkə üzrə 393 ictimai iaşə obyektində 676 monitorinq keçirilib. Monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

Bakı şəhəri, Nərimanov ‎rayonu, F. X. Xoyski küçəsi 98 ünvanında yerləşən, fiziki şəxs İbrahimxəlilov Anar Qüdrət oğluna məxsus “Olimp Dönər” kafesi;

Bakı şəhəri, Suraxanı ‎‎rayonu, Əmircan ştq, Əliyeva küç., ev 27x ünvanında yerləşən, fiziki şəxs Ələkbərov Fizuli Qaraş oğluna məxsus kafe.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər