Samir Şərifov: "Qanunun maliyyə tələblərini və təminatını dəqiqliklə qiymətləndirməliyik”
Tarix: 11-11-2021 13:30 | Bölmə: İqtisadiyyat
Samir Şərifov: "Qanunun maliyyə tələblərini və təminatını dəqiqliklə qiymətləndirməliyik”

“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, biz həmin qanunun maliyyə tələblərini və təminatını dəqiqliklə qiymətləndirməliyik”.

Bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Əfsuslar olsun ki, 1992-ci ildə qəbul edilmiş qanun icra edilməmişdi. Nəyə görə icra edilməyib? Çünki onun maliyyə təminatı olmayıb”, - nazir vurğulayıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər