Nazir: "Vergi ödəyicilərinə güzəştllər ediləcək"
Tarix: 11-11-2021 13:39 | Bölmə: İqtisadiyyat
Nazir: "Vergi ödəyicilərinə güzəştllər ediləcək"

“Vergi Məcəlləsinə dəyişikliklər edilməklə gələn il 50 milyon manat vergi ödəyicilərinə güzəştlərin verilməsi nəzərdə tutulur”.

Bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Dövlət başçısı tərəfindən 5 prioritet müəyyən edilib. Biz də onları inkişaf etdirməliyik”, - nazir vurğulayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər