Maliyyə naziri: “Bu gün bizim xarici dövlət borcumuz o qədər də yüksək deyil”
Tarix: 11-11-2021 13:53 | Bölmə: İqtisadiyyat
Maliyyə naziri: “Bu gün bizim xarici dövlət borcumuz o qədər də yüksək deyil”

“Bu gün bizim xarici dövlət borcumuz o qədər də yüksək deyil”.

Bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Cari ildə "Dövlət borcunun idarəedilməsi strategiyası"nın yenilənməsi də nəzərdə tutulur”, - nazir vurğulayıb.

Nazir bildirib ki, Azərbaycan xarici dövlət borcunun azaltmaq niyyətindədir: “Məqsədimiz odur ki, xarici dövlət borcunun xüsusi çəkisini azaldaq, daxili dövlət borcunun xüsusi çəkisini isə artıraq”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər