Nazir: "Mərkəzi Bank ilə əlaqələndirilmiş siyasət aparırıq"
Tarix: 11-11-2021 14:33 | Bölmə: İqtisadiyyat
Nazir: "Mərkəzi Bank ilə əlaqələndirilmiş siyasət aparırıq"

"Maliyyə Nazirliyi bilavasitə manatın məzənnəsinə təsir göstərən qurum deyil".

Bunu nazir Samir Şərifov manatın məzənnəsinə hər hansı təhdidin olub-olmaması ilə bağlı sualı cavablandırarkən bildirib.

“Çalışırıq ki, büdcə xərcləri manatın ucuzlaşmasına xidmət etməsin. Bu baxımdan Azərbaycan Mərkəzi Bankı ilə əlaqələndirilmiş siyasət aparırıq. 2022-ci ilin dövlət büdcəsinin xərcləri manatın hazırkı məzənnəsi ilə götürülüb", - deyə o, qeyd edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər