Deputat: "Azərbaycana elektrik mühərrikli avtomobillər gətirilməlidir"
Tarix: 11-11-2021 15:58 | Bölmə: İqtisadiyyat
Deputat: "Azərbaycana elektrik mühərrikli avtomobillər gətirilməlidir"

"Azərbaycana elektrik mühərrikli avtomobillərin gətirilməsi və ya ölkədə istehsalı ilə bağlı müəyyən addımlar atmağa ehtiyac var".

Bunu deputat Asim Mollazadə noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, ətraf mühitə ən çox zərər vuran avtomobillərdir: “Azərbaycanda elektrik mühərrikli avtomobillərin həm idxalı, həm də istehsalı ilə bağlı müəyyən adımlar atılmalıdır. Hesab edirəm ki, Gəncə Avtomobil Zavodunda ictimai nəqliyyatda istifadə olunan elektrik mühərriklərinin istehsalı üçün imkan var. Burada dövlət rərəfindən də müəyyən dəstək ola bilər. Elektrik mühərrikli avtomobillərin ölkəyə gətirilməsi ilə bağlı güzəştlər müəyyən edilərsə, bu da bir stimul ola bilər. Əgər biz özümüz hələlik bunu istehsal edə bilmiriksə, ölkəyə idxalını stimullaşdırmalıyıq"/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər