Büdcə zərfi Milli Məclisin plenar iclasına tövsiyə olunub
Tarix: 11-11-2021 17:08 | Bölmə: İqtisadiyyat
Büdcə zərfi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Bu gün Milli Məclisin komitələrinin birgə keçirilən iclaslarında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilib.

Reyting.az
xəbər verir ki, toplantıda maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Ombudsman Səbinə Əliyeva, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və deputatlar iştirak ediblər.

Layihəyə əvvəlcə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında baxılıb.

Daha sonra isə qanunverici orqanın Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə toplantısı keçirilib.

Müzakirələrdən sonra büdcə zərfi Milli Məclisin plenar iclasına tövsiyə olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər