Mikayıl Cabbarov: "Sənaye zonalarında 5 milyard manatdan çox məhsul istehsal edilib"
Tarix: 12-11-2021 12:37 | Bölmə: İqtisadiyyat
Mikayıl Cabbarov: "Sənaye zonalarında 5 milyard manatdan çox məhsul istehsal edilib"

"Bu günə qədər Azərbaycandakı sənaye zonalarında dəyəri 5 milyard manatdan çox olan məhsul istehsal edilib".

Reyting.az
xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, həmin məhsulun 1,4 milyard manatlıq hissəsi və yaxud 28%-i ixrac olunub: "Bu ilin 9 ayında isə sənaye zonalarında istehsal edilmiş məhsulların dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 55,4% artaraq 1,5 milyard manatdan çox, ixrac edilmiş məhsulların dəyəri isə 2 dəfə artaraq 545 milyon manat təşkil edib. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 14,3%, ixracında isə 25,9% olub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}