Ölkədə bahalaşma var - Statistika
Tarix: 12-11-2021 13:26 | Bölmə: İqtisadiyyat
Ölkədə bahalaşma var

Bu ilin oktyabr ayında Azərbaycanda istehlak qiymətləri indeksi sentyabr ayı ilə müqayisədə 101,6 faiz, ötən ilin oktyabr ayına nisbətən isə 110 faiz təşkil edib.

Reyting.az
Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 102,8 faiz, ötən ilin oktyabr ayına nisbətən isə 113,1 faiz, qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayl müqayisədə 100,9 faiz, ötən ilin oktyabr ayına nisbətən 106,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,4 faiz, ötən ilin oktyabr ayına nisbətən 108,4 faiz olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər