10:20 / 18-11-2025
Xankəndi müasir şəhərsalma standartlarına uyğunlaşdırılır - Fotolar
09:54 / 18-11-2025
Bu ixtisas sahibləri məhkəmələrdə işlə təmin olunacaqlar - Siyahı
09:26 / 18-11-2025
Kapitan həbsxanadan məktub göndərib - Generala ağır ittihamlar
09:21 / 18-11-2025
Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu keçirilir
09:10 / 18-11-2025
Şoyquya sui-qəsd cəhdinin üstü açılıb
09:04 / 18-11-2025
Tramp özünü sadiq “fast food” müştərisi sayır
08:55 / 18-11-2025
Baş katib: ŞƏT davamlı inkişafa üstünlük verir
08:47 / 18-11-2025
Parisin təşəbbüsü isterikaya səbəb olub
08:39 / 18-11-2025
Ərdoğan: ...bölgədəki heç bir ölkə özünü təhlükəsiz hiss edə bilməz
08:30 / 18-11-2025
Cəbrayıla növbəti köç karvanı gedib
08:25 / 18-11-2025
Əməkdar artist Yadigar Muradov vəfat edib
23:46 / 17-11-2025
Hindistan ABŞ-dan təbii qaz alışını artıracaq
23:24 / 17-11-2025
Leyla Əliyeva festivalın açılışında iştirak edib - Fotolar
23:09 / 17-11-2025
Bakıda yeniyetmə qətlə yetirilib
20:24 / 17-11-2025
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq edilib
18:17 / 17-11-2025
Nazir: "Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr..."
18:14 / 17-11-2025
Dünyanın ən bol sulu çayları hansılardır?
18:04 / 17-11-2025
Gölün dibində qədim müsəlman nekropolu tapılıb - Foto
18:00 / 17-11-2025
Vergi Xidmətində kadr dəyişikliyi olub
17:53 / 17-11-2025
Özbəkistan rəsmisi: "Azərbaycanın Mərkəzi Asiya formatına qoşulması..."
17:27 / 17-11-2025
Mərkəzi icra hakimiyyəti orqanları ilə bağlı fərman verilib
17:23 / 17-11-2025
Gürcüstan Ukraynanı ittiham edir
17:00 / 17-11-2025
Axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
16:49 / 17-11-2025
Millimizin oyunlarının təqvimi müəyyənləşib
16:30 / 17-11-2025
Maliyyə İdarəetmə Sistemi yaradılacaq
16:07 / 17-11-2025
Keçmiş baş nazir edam cəzasına məhkum edilib
16:02 / 17-11-2025
Avropa Birliyi Türkiyə ilə dialoqu vacib sayır
15:57 / 17-11-2025
Sosial şəbəkədə yüzlərlə şəxsi aldadan şəxslər ifşa edilib
15:52 / 17-11-2025
Əhməd Oruc insult keçirib: "Vəziyyəti ağırdır"
15:44 / 17-11-2025
Mikayıl İsmayılovun oğlu axtarışa verilib
14:25 / 15-11-2025
İlham Əliyev Özbəkistanda səfərdədir - (Yenilənib) - Fotolar
17:00 / 14-11-2025
Professor: Ermənistanda ən azı üç Ramiz Mehdiyev var
16:01 / 14-11-2025
Azərbaycan Rusiyaya nota verib
18:03 / 13-11-2025
Növbəti müharibələr kosmosda başlayacaq - Xəbərdarlıq
16:32 / 14-11-2025
Ekspert: Ermənistan 5-10 il ərzində Azərbaycana qarşı silahlanmanı davam etdirəcək
14:18 / 15-11-2025
Ağdam və Zəngilana növbəti köç karvanları gedib - (Yenilənib)
18:17 / 14-11-2025
Ərəstun Oruclunu həbs etmək istəyirlər
13:57 / 13-11-2025
Xocalının daha iki kəndinə köç karvanı gedib - Fotolar
22:57 / 14-11-2025
BMT Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
12:34 / 13-11-2025
Təhlükəli virus yayılır - Xəbərdarlıq
22:57 / 13-11-2025
DÇ-2026: Azərbaycan yığması uduzub
Əli Əsədov hökumət başçılarının konfransında iştirak edib
Tarix: 12-11-2021 17:22 | Bölmə: İqtisadiyyat

Noyabrın 12-də Müstəqil Dövlət Birliyi (MDB) Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib.
Nazirlər Kabinetinin məlumatına görə, Baş nazir Əli Əsədov iclasda iştirak edib.
Ə. Əsədov iclasın gündəliyində duran məsələlərlə bağlı çıxış edib.
Bu il MDB-nin yaradılmasının 30 illiyinin qeyd olunduğunu deyən Baş nazir bildirib ki, ötən müddət ərzində Birlik mürəkkəb formalaşma və inkişaf yolu keçərək beynəlxalq aləmdə layiqli nüfuz qazanıb.
Azərbaycanın ənənəvi olaraq MDB-də iştirakına və Birlik çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına böyük önəm verdiyi vurğulanıb.
Ə. Əsədov Şura üzvlərinin diqqətini Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsinə yönəldib. Bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, işğal olunmuş ərazilərinin azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edib.
Azərbaycan ərazilərinin işğaldan azad edilməsi həmin regionda dəhşətli dağıntıların miqyasını üzə çıxardığı, orada Azərbaycan xalqının tarixi-mədəni və dini irsinin qəsdən məhv edilməsi siyasətinin həyata keçirildiyi, urbisid, kultursid və ekosid törədildiyi qeyd edilib.
Diqqətə çatdırıb ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi üçün çox böyük işlər görməlidir.
Əsas vəzifənin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi olduğunu qeyd edən Baş nazir Ermənistan tərəfindən minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana təhvil verilməsinin vacibliyini vurğulayıb.
Regionda uzunmüddətli sülhə və sabitliyə nail olmaq üçün iqtisadi əlaqələrin bərpasının əhəmiyyəti qeyd edilib. Bununla bağlı bildirilib ki, regionda nəqliyyat kommunikasiyalarının açılması həm Azərbaycanın, həm Ermənistanın, həm də bütün region ölkələrinin maraqlarına cavab verir.
Ə. Əsədov qeyd edib ki, nəqliyyat marşrutlarının açılması təkcə region miqyasında deyil, Birliyə üzv olan bütün dövlətlər arasında ticarət-iqtisadi əlaqələrin inkişafına böyük təkan verəcək.
Həmçinin hər iki ölkənin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinə tez bir zamanda başlanmasının vacibliyi vurğulanıb.
Qeyd olunub ki, Azərbaycan maksimum konstruktivlik və xoşməramlılıq nümayiş etdirərək beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmağa, hətta sülh müqaviləsini imzalamağa hazırdır.
Baş nazir, həmçinin Azərbaycanın koronavirus infeksiyası ilə mübarizə sahəsində həyata keçirdiyi təxirəsalınmaz tədbirlərdən söz açıb. Bildirilib ki, Azərbaycan cari ilin yanvar ayından regionda peyvəndlənməyə ilk başlayan ölkələrdən biri olub. Diqqətə çatdırılıb ki, peyvəndlənmə tamamilə könüllülük əsasında həyata keçirilir və vətəndaşlara hansı peyvəndlə vaksinasiya olunmaqları ilə bağlı seçim imkanı verilib.
MDB məkanında əməkdaşlığın bundan sonra da hərtərəfli inkişaf edəcəyinə əminlik ifadə olunub.
Sonra MDB Hökumət Başçıları Şurasının digər üzvlərinin çıxışları oldu, MDB-də iqtisadi əməkdaşlığın aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan öz çıxışında əsassız olaraq Azərbaycanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 9/10 noyabr tarixli razılaşmalarının icrasını təhlükə altına almaqda ittiham edib. Nəqliyyat kommunikasiyası məsələsinə toxunan M. Qriqoryan bildirib ki, Azərbaycan guya güc tətbiqi hədələri ilə müşayiət olunan dəhliz ideyasını şişirdərək onu təbliğ edir. Ermənistanın Baş nazirinin müavini, həmçinin Azərbaycanı guya erməni “hərbi əsirləri”ni saxlamaqda ittiham edib.
Ümumi fikir mübadiləsindən sonra Baş nazir Ə. Əsədov MDB Hökumət Başçıları Şurasının sədrinə müraciət edərək söz götürüb və Ermənistan tərəfinin yalan dolu ittihamlarına cavab verdi. Ə. Əsədov qeyd edib ki, 44 günlük müharibə artıq başa çatıb və Azərbaycan 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarını azad edib.
Baş nazir bir daha diqqətə çatdırıb ki, Azərbaycan birgə Bəyanatın bütün bəndlərinə tam sadiqdir və bundan sonra da onları yerinə yetirəcək.
Bəyanatın regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinə toxunan Ə. Əsədov xatırladıb ki, bu məsələyə Azərbaycanın Baş nazirinin müavini, Rusiya hökuməti sədrinin müavini və iclasda iştirak edən Ermənistanın Baş nazirinin müavinin həmsədrliyi ilə işçi qrup çərçivəsində baxılır. “Bu baxımdan Azərbaycanın guya bu məsələlərin həllini güc tətbiqi və ya hədə-qorxu ilə müşayiət etməsi ilə bağlı bəyanata gəldikcə, zənnimcə, burada artıq şərhə ehtiyac yoxdur. Çünki bu məsələlərə işçi qrup çərçivəsində baxılır, və bu, təkcə Azərbaycanın deyil, regionun digər nümayəndələrinin də bu yaxınlarda bəyan etdiyi kimi, bütün region ölkələrinin maraqlarına cavab verir”.
Baş nazir, həmçinin M. Qriqoryanın rəsmi Bakının guya erməni “hərbi əsirləri”ni əsirlikdə saxlaması ilə bağlı böhtan dolu açıqlamasına da cavab verib. Ə. Əsədov bəyan edib ki, Azərbaycan hərbi əsirlərlə bağlı birgə Bəyanatın müvafiq bəndinə tam əməl edir. Baş nazir Rusiya Xarici İşlər Nazirliyinin 2021-ci il 9 noyabr tarixli bəyanatına istinad edərək bildirib ki, Rusiya sülhməramlılarının iştirakı ilə 2020-ci il dekabrın 2-dən ümumilikdə 122 hərbi əsir və saxlanılan şəxs geri qaytarılıb. Onlardan 105-i Ermənistana, 17-si isə Azərbaycana qaytarılıb.
Vurğulanıb ki, üçtərəfli Bəyanatın imzalanmasından iki həftədən artıq müddət keçəndən sonra Ermənistan tərəfindən 62 nəfərdən ibarət silahlı qruplaşma təxribat törətmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin arxa cəbhəsinə, artıq işğaldan azad edilmiş ərazilərə atılıb və onlar tərksilah edilərək Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb. Qeyd edildi ki, bütün beynəlxalq konvensiyalara uyğun olaraq, bu şəxslər hərbi əsir sayıla bilməz.
Baş nazir bildirib ki, buna baxmayaraq, Azərbaycan həmin şəxslərdən 29-nu Ermənistan tərəfinə qaytarıb, bu qrupdan olan digər 33 nəfər isə törətdikləri cinayətlərə görə Azərbaycan məhkəmələri tərəfindən müxtəlif müddətlərə məhkum edilib.
Həmçinin qeyd olunub ki, cari ilin sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı Sessiyasında Azərbaycan öz ərazisində artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidinin olmadığını bəyan etmişdir. “Azərbaycanda Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu var”, - deyə Ə. Əsədov çıxışını yekunlaşdırıb.
İclas zamanı MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 2022-ci ilin mayında Qazaxıstan Respublikasında keçirilməsinə dair qərar qəbul edilib.
Sonda bir sıra sənədlər imzalanıb.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 23:46
Hindistan ABŞ-dan təbii qaz alışını artıracaq
Dünən, 18:00
Vergi Xidmətində kadr dəyişikliyi olub
Dünən, 16:30
Maliyyə İdarəetmə Sistemi yaradılacaq
15-11-2025, 10:20
Rəşt-Astara dəmir yolu üzrə icra müqaviləsi yaxın vaxtlarda imzalanacaq
14-11-2025, 18:01
Qanunu pozan şirkət rəhbəri 20 min manat cərimələnib
14-11-2025, 17:30
Deputatlar bu tarixlərdə büdcəni müzakirə edəcəklər
14-11-2025, 16:47
İpoteka və Kredit Zəmanət Fondu 650 minlik xidməti maşınlar alır
14-11-2025, 16:29
Bakıda iki tona yaxın yararsız ət aşkarlanıb
14-11-2025, 12:17
Bakıda at ətini dana əti adı ilə satırmışlar
13-11-2025, 17:43
Nazim İbrahimovun qardaşının köhnə maşını hərracda satılacaq
13-11-2025, 16:36
Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanun dəyişib
13-11-2025, 16:25
Ən çox şikayət olunan sığorta şirkətləri - Siyahı
13-11-2025, 14:53
Bakıdakı şadlıq evində insanlara camış əti verilirmiş
13-11-2025, 12:57
On üç bankın əmlakı hərraca çıxarılıb
13-11-2025, 11:26
Yarım milyard manatlıq qalmaqallı vəsait... - Məhkəmə prosesi keçirilib
13-11-2025, 11:19
Vergi Xidmətində növbəti kadr dəyişikliyi olub
12-11-2025, 17:05
Çin şirkəti ilə günəş enerjisi layihəsi üzrə İcra Müqaviləsi imzalanıb
12-11-2025, 15:44
"İpoteka haqqında" qanun dəyişib
12-11-2025, 15:41
Şahin Məmmədov rəis müavini təyin edilib
12-11-2025, 11:26
SOCAR daha bir şirkət təsis edib
12-11-2025, 09:51
Əli Əsədov büdcə ilə bağlı yeni qərar imzalayıb
12-11-2025, 07:24
ABŞ vətəndaşlarının borcu 18,6 trilyon dollara çatıb
11-11-2025, 12:13
Yeni avtomobil dünya rekordu qazanıb
9-11-2025, 16:24
"Starlink" istifadəçilərinin sayı 8 milyonu keçib
9-11-2025, 16:15
Ən varlı ölkələr - Siyahı
7-11-2025, 15:11
Sahib Ələkbərov: “Vergi güzəştinin ləğvindən söhbət gedə bilməz”
7-11-2025, 10:09
"Neft Daşları"nda 181,8 mln. ton neft hasil edilib
7-11-2025, 08:40
"Apple" hər il "Google" şirkətinə bir milyard dollar ödəyəcək
6-11-2025, 14:01
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu ödənişli olacaq
6-11-2025, 12:37
Media subyektləri üçün vergi güzəştləri uzadılacaq
6-11-2025, 09:36
Neftimiz cüzi ucuzlaşıb
5-11-2025, 17:30
Şadlıq evlərində mənşəyi məlum olmayan ətlər aşkarlanıb
5-11-2025, 17:11
326 milyonluq qaçaqmalçılıq edən şəxslərə hökm oxunub
5-11-2025, 15:58
Mərkəzi Bankda yeni təyinat olub
5-11-2025, 15:33
“European Tobacco-Baku” ASC səhmdarlara kələk gəlir - Şikayət var
5-11-2025, 14:47
Sosial, işsizlik və icbari tibbi sığorta daxilolmaları artıb
5-11-2025, 09:30
Dünya bazarı: Azərbaycan nefti ucuzlaşır
4-11-2025, 15:48
Nazir vergi güzəşti olacaq sahələri açıqlayıb
4-11-2025, 15:43
Bu qurumların layihələrinə vəsait ayrılmayacaq - Siyahı
4-11-2025, 14:56
Büdcə layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
4-11-2025, 12:25
Azərbaycanın strateji valyuta ehtiyatı artıb
4-11-2025, 09:45
Gənclərimizi “zəhərləyən” “Bizon”... - Deputatdan çağırış
4-11-2025, 09:41
Dövlət Agentliyində maaş niyə verilmir? - Şikayət var

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək