Ukrayna rəsmisi: “Rusiya ilə enerji müharibəsi aparırıq”
Tarix: 13-11-2021 18:45 | Bölmə: İqtisadiyyat
Ukrayna rəsmisi: “Rusiya ilə enerji müharibəsi aparırıq”

Rəsmi Kiyev Qətərlə məlum təmaslardan sonra, indi də təbii qazı satın almaq barədə Slovakiya ilə danışıqlara başlayıb.

Газета.ru-nun məlumatına görə, bununla yanaşı, Ukrayna rəsmiləri həm də “Газпром”la müqavilə imzalamaq niyyətindədirlər. Onların birmənalı mövqeyi belədir ki, Ukrayna və Rusiya hazırda enerji müharibəsi vəziyyətindədirlər. Bu mövqeyin müəllifi ölkənin energetika nazirinin müavini Maksim Nemçinov hesab edir ki, soyuq mövsümdə qaz qıtlığını Slovakiyadan ixracın hesabına aradan qaldırmaq mümkündür. O, ölkəsinin “Нафтогаз” şirkətinin belə satınalmalardan ötrü kifayət qədər maliyə və texniki imkanlara, həmçinin ehtiyata malik olduğunu bildirib: “Bu gün bizim terminallarda təbii qaz ehtiyatımız 17,6 milyard kubmetrdir, amma bu, ötən illə müqayisədə 33 faiz azdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər