ABŞ-dakı qiymət artımı digər ölkələrə də təsir göstərəcək
Tarix: 15-11-2021 10:50 | Bölmə: İqtisadiyyat
ABŞ-dakı qiymət artımı digər ölkələrə də təsir göstərəcək

Yerli ekspertlərin fikrincə, Amerikanın üzləşəcəyi yeni iqtisadi böhran dünyanın bütün ölkələrinə öz təsirini göstərəcək.

Reyting.az
-ın məlumatına görə, Rusiyanın xəbər portalları yazır ki, dünyanın ən böyük və güclü iqtisadiyyatına malik Amerikada inflyasiya son otuz ilin rekord göstəriciyə yaxınlaşıb. Ştatlarda enerji resursları, ərzaq nəhsulları, xidmət sahəsində bahalaşma sürətlə gedir. Rəsmilər sıravi amerikalılara qiymət artımına öyrəşməyi tövsiyə edirlər.

Hələ cari ilin oktyabrında inflyasiyanın səviyyəsi 6,2 faiz idi. Belə mənfi göstəricini nəinki sıravi vətəndaşlar, hətta iqtisadçılar da gözləmirmiş. Enerji daşıyıcılarının qiyməti 35 faiz, qida məhsullarının isə 5,3 faiz yuxarı qalxıb. Artıq üçüncü aydır ki, ABŞ-da istehlak zənbili durmadan bahalaşır. Ekspertlər belə bahalaşmanın Ronald Reyqanın prezidentliyi dövründən - 1980-ci illərdən sonra qeydə alınmadığını söyləyirlər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər