Türkiyə rəsmisi: “Dost və qardaş ölkələr həmişə dəstəyimizi hiss edəcəklər”
Tarix: 15-11-2021 11:36 | Bölmə: İqtisadiyyat
Türkiyə rəsmisi: “Dost və qardaş ölkələr həmişə dəstəyimizi hiss edəcəklər”

“Qarşıdakı aylarda dünyanın ən çox müzakirə aparacağı məsələ inflyasiya olacaq”.

Bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forum (International Business Forum – IBF) Türkiyənin maliyyə və xəzinədarlıq nazirinin müavini Nureddin Nebati deyib.

“Hazırda bir sıra ölkələrdə rekord inflyasiya qeydə alınır. Amma bu təhdidlərə baxmayaraq biz təbii qazı real qiymətinin ¼-nə əhaliyə satırıq. Həmçinin kənd təsərrüfatı sahəsinə dəstək veririk və bu dəstəyi də davam etdirəcəyik”, - o bildirib.

Bundan başqa, Türkiyə rəsmisi əlavə edib ki, ölkəsi dost və qardaş ölkələrin inkişafına həmişə dəstək verib və bundan sonra da həmin ölkələr bu dəstəyi hiss edəcəklər/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər