Avropada təbii qazın qiyməti yenə bahalaşıb
Tarix: 15-11-2021 12:46 | Bölmə: İqtisadiyyat
Avropada təbii qazın qiyməti yenə bahalaşıb

Avropada təbii qaz fyuçerslərinin qiyməti 5% artıb.

Bu barədə “ICE Futures” birjasının məlumatlarından məlum olur.

Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın dekabr fyuçerslərinin qiyməti günə 1000 kubmetr üçün 951,3 ABŞ dolları ilə başlasa da, sonradan azalaraq, Bakı vaxtı ilə saat 11.47-də 1000 kubmetr üçün 945 ABŞ dollarına enib.

Yayın sonlarından başlayaraq, Avropada qazın qiymətinin kəskin surətdə artması müxtəlif amillərdən qaynaqlanır. Bu amillər sırasında Asiyada sıxılmış qaza olan tələbin kəskin sürətdə artması, həmçinin Avropada qaz anbarlarının doluluq səviyyəsinin az olması da daxildir.

Oktyabrın 6-da tarixi maksimuma - 1000 kubmetr üçün 1 937 ABŞ dollarına çatan qaz qiymətləri tədricən azalmağa başlayıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər