AZAL Bakı-Dubay reyslərinin sayını 2 dəfə artıracaq
Tarix: 08-12-2021 18:16 | Bölmə: İqtisadiyyat
AZAL Bakı-Dubay reyslərinin sayını 2 dəfə artıracaq

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində turizm agentləri üçün tədbir keçirib.

Reyting.az
AZAL-a istinadən xəbər verir ki, tədbir koronavirus (COVID-19) pandemiyasından sonra Bakı-Dubay marşrutu üzrə gündəlik uçuşların bərpasına həsr olunub.

Tədbir turizm idarəçiliyi və aviadaşımalar sahəsində fəaliyyət göstərən dünyanın aparıcı şirkəti “Aviareps”in dəstəyi ilə təşkil olunub.

Şirkətin Yaxın Şərq üzrə vitse-prezidenti Qlenn Conston (Glen Johnston) tədbirdə açılış nitqi ilə çıxış edərək aviaşirkətin əsas fəaliyyət istiqamətləri və Azərbaycan haqqında qısa məlumat verib.

Tədbir çərçivəsində AZAL-ın təqdimatını aviaşirkətin marketinq, kommersiya və istehsalat departamentinin rəis müavini Fatimə Hacızadə keçirib. Onun sözlərinə görə, hazırda Bakı ilə Dubay arasında gündəlik olaraq xüsusi reyslər həyata keçirilir. Yaxın vaxtlarda iki şəhər arasında uçuşların sayının gündə iki dəfəyə qədər artırılması nəzərdə tutulur.

Aviaşirkət daha rahat uçuşlar, eləcə də turizm bazarında bir çox təkliflər təqdim etmək üçün bu marşruta geniş füzelyajlı təyyarələri qaytarmaq niyyətindədir.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}