18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Əfsanəvi sərmayədar: “Dünyanı maliyyə fəlakəti gözləyir”
Tarix: 09-12-2021 09:56 | Bölmə: İqtisadiyyat
Əfsanəvi sərmayədar: “Dünyanı maliyyə fəlakəti gözləyir”

“Bridgewater” investisiya şirkətinin qurucusu və rəhbəri, dünyanın ən nəhəng xec-fondunun icraçı direktoru, əfsanəvi sərmayədar Rey Dalio bədbin proqnoz verib.

Reyting.az
-ın məlumatına görə, məşhur maliyyəçi Rey Dalio “CNBC”-yə açıqlamasında deyib ki, gözlənilən qlobal böhranın daha çox ehtimal edilən səbəblərindən biri ABŞ-la Çin arasında başlayacaq müharibədir. Bu iki ölkənin qarşılıqlı münasibətlərində xeyli ziddiyyətin yığıldığına diqqət çəkən cənab Dalionin qənaətinə görə, əgər müharibə baş verməsə belə, “maliyyə fəlakəti qaçılmazıdr, çünki son 500 ilin təcrübəsi bunu göstərir”.

Aparılan tədqiqatların nəticələrinə əsasən, 2018-ci ildən başladılan Çinlə ticarət müharibəsi artıq ABŞ üçün ən azı 300 min iş yerinin itirilməsi, eləcə də Amerika şirkətlərinin məcmu kapitalının 1,7 trilyon dollar azalması ilə müşayiət olunub.

Cənab Dalio qlobal maliyyə kataklizmi başlayacağı təqdirdə, itkiləri minimuma endirməyin yollarını da göstərib. Onun sözlərinə görə, iş adamları öz aktivlərini ağılla və savadla qiymətləndirməli, onları həm likvid, həm də gəlirli layihələrə qoymaqla şəffaflaşdırmalıdır. “Bridgewater”in rəhbəri sərmayədarların diqqət yetirməli olduğu aktivlərin arasında kriptovalyutanın adını xüsusi qeyd edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər