18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Mərkəzi Bank: "2022-ci ilin aprelinə qədər banklara möhlət verilib"
Tarix: 09-12-2021 13:05 | Bölmə: İqtisadiyyat
Mərkəzi Bank: "2022-ci ilin aprelinə qədər banklara möhlət verilib"

"Bu il Azərbaycan banklarına edilən fişinq hücumlar 236 % artıb".

Bunu Bakıda keçirilən V Bank Forumunda çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) IT üzrə direktoru Anar Quliyev deyib.

"AMB banklarda kibertəhlükəsizliklə bağlı yoxlamalar keçirib və qərara alınıb ki, banklarda təhlükəsizliklə bağlı 2014-cü ildə təsdiq edilən qaydalara yenidən baxılsın. Bunun üçün isə xüsusi işçi qrupu yaradılıb. Həmçinin xarici təcrübə öyrənilib və yeni qaydalar hazırlanarkən iyunda təsdiqlənib.

Yeni qaydaların ağırlığını nəzərə alaraq banklara 2022-ci ilin aprelinə qədər güzəşt müddəti verilib. Bu tarixdən isə yeni qaydalar tətbiq ediləcək. Yeni qaydalar ISO27001 standartlarına uyğun qurulub və bankların funksionallığını və çevikliyini artıracaq", - A.Quliyev deyib.

Onun sözlərinə görə, hər il olduğu kimi 2020-ci ildə də kibertəhlükəsizlik indeksi açıqlandı: "Çox yaxşı haldır ki, bu indeks üzrə sıralamada Azərbaycan 40-cı yerdədir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər