18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
BP "Şahdəniz" yatağındakı payını artıracaq
Tarix: 09-12-2021 17:49 | Bölmə: İqtisadiyyat
BP "Şahdəniz" yatağındakı payını artıracaq

BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağındakı iştirak payını artıracaq.

Reyting.az
şirkətə istinadən xəbər verir ki, bu, "Petronas" şirkətinin daha öncə elan olunmuş iştirak payının satışı ilə bağlı BP-nin öz üstünlük hüququndan istifadə etmək haqqında "Şahdəniz" layihəsindəki tərəfdaşları ilə apardığı danışıqlar vasitəsilə qərarlaşdırılıb.

BP özünün əməliyyatçısı olduğu Şahdəniz yatağı üzrə PETRONAS şirkətindən 1,16% iştirak payını 168 milyon dollar məbləğinə almaq haqqında razılığa gəlib. Bu məbləğ PETRONAS tərəfindən öncə elan edilmiş Şahdəniz üzrə sövdələşmənin eyni kommersiya şərtləri əsasında razılaşdırılıb. Nəticədə bp-nin Şahdənizdəki ümumi iştirak payı 29,99% təşkil edəcək və bp yatağın operatoru olaraq qalacaq.

Bu sövdələşmənin 2022-ci ilin yanvar ayının sonunadək başa çatacağı gözlənilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər