18:28 / 10-09-2025
Nazir: Deyəsən, Rusiya NATO-nu sınaqdan keçirir
18:00 / 10-09-2025
Paşinyan: "Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var"
17:54 / 10-09-2025
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
17:44 / 10-09-2025
Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt edib
17:29 / 10-09-2025
Hacıyev dövlət katibinin müavini ilə ABŞ-Azərbaycan münasibətlərini müzakirə edib
17:20 / 10-09-2025
Abbas Abbasov Rusiyadakı biznesini satıb
17:16 / 10-09-2025
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
17:04 / 10-09-2025
"Azəriqaz"ın Baş direktoru xəstəxanaya yerləşdirilib
16:52 / 10-09-2025
Şuşakəndə, Sosa və Qırmızı Bazara ilk köç karvanı gedir
16:51 / 10-09-2025
Fransada yüzlərlə insan vağzal binasına hücum edib
16:38 / 10-09-2025
Heydər Əliyev Fondu ilə Vatikan arasında memorandum imzalanıb
16:30 / 10-09-2025
Milli Məclisin komitələri haqqında qanun dəyişir
16:22 / 10-09-2025
Belqoroda yenidən hücum başlayıb
16:21 / 10-09-2025
Vüqar Bayramov: "Onların işdən çıxarılması qadağan olunmalıdır"
16:06 / 10-09-2025
Deputat: "Bəzən vəfat edən şəxsin həyat yoldaşı ərinin pensiyasını almaq üçün 10 il gözləyir"
15:53 / 10-09-2025
Süni intellektin filmi Kann festivalında nümayiş olunacaq
15:44 / 10-09-2025
Ali Məhkəmə dələduzluq halı ilə bağlı vahid qərar qəbul edib
15:27 / 10-09-2025
Avropa Ukraynaya yeni yardım verib
15:11 / 10-09-2025
Əli Əsədov yeni qərar imzalayıb
14:52 / 10-09-2025
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
14:49 / 10-09-2025
ADSEA-nın səlahiyyətləri artırılıb
14:35 / 10-09-2025
Qubadlı şəhərinin Baş planı təsdiqlənib
14:28 / 10-09-2025
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
14:05 / 10-09-2025
İlham Əliyev Yaradıcılıq Evinin açılışında iştirak edib - Fotolar
13:58 / 10-09-2025
Əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub
13:19 / 10-09-2025
"Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" yeni qanun müzakirəyə çıxarılır
13:18 / 10-09-2025
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
12:59 / 10-09-2025
Azərbaycanda havadan su əldə ediləcək
12:48 / 10-09-2025
Zənginlərin ümumi sərvəti 6,6 trilyon dolları keçir - Siyahı
12:42 / 10-09-2025
Klub İlqar Nadiri ilə yollarını ayırıb
09:10 / 09-09-2025

18:25 / 06-09-2025

18:42 / 05-09-2025

22:31 / 05-09-2025

18:05 / 07-09-2025

13:20 / 07-09-2025

22:21 / 05-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

00:57 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

Əmək bazarının vəziyyəti təhlil olunub
Tarix: 09-12-2021 20:05 | Bölmə: İqtisadiyyat

“Azərbaycan Respublikasında son illərdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də məşğulluğa dair siyasətin həyata keçirilməsi və işçi qüvvəsindən səmərəli istifadə edilməsidir. Son illər rayon iqtisadiyyatında aparılan islahatlar nəticəsində əmək bazarında əhəmiyyətli dərəcədə müsbət dəyişikliklərə nail olunub. Əsas məqsəd əhalinin sosial rifahı və həyat səviyyəsinin daha da yüksəldilməsinin həyata keçirilməsindən ibarətdir. Əhalinin məşğulluğunu təmin etmək məqsədilə yeni iş yerləri, müəssisələr, infrastruktur obyektləri yaradılıb”.
Reyting.az xəbər verir ki, bu fikirlər Füzuli Rayon Statistika İdarəsinin rəisi Rafiq Məstəliyevin 2021-ci ilin on ayında əmək bazarının vəziyyəti haqqında təhlil məruzəsində bildirilir.
Təhlil məruzədə qeyd olunur ki, 2021-ci ilin noyabr ayının 1-dək rayonda 448 yeni iş yeri açılıb. Daimi iş yerlərinin 4-ü yeni yaradılmış müəssisə və təşkilatlarda, 85-i mövcud müəssisə və təşkilatlarda, 359-u isə fiziki şəxslərdə olub.
Bildirilir ki, sosial-iqtisadi inkişaf istiqamətində həyata keçirilən tədbirlər nəticəsində əhalinin iqtisadi fəallığının, o cümlədən məşğulluq səviyyəsinin artması, işsizlərin sayının azalması müşahidə edilib. Belə ki, 2021-ci il noyabr ayının əvvəlinə rayonda mövcud 65,1 min iqtisadi fəal əhalinin 60,2 min nəfəri iqtisadi əmək fəaliyyəti ilə məşğul olub.
İqtisadi islahatlar və iqtisadiyyatda baş verən struktur dəyişiklikləri nəticəsində məşğul əhalinin qeyri-dövlət sektorundakı payı artaraq 84,5 faizə çatıb.
Əhalinin iqtisadi fəallığına dair Füzuli Rayon Statistika İdarəsi tərəfindən aparılan seçmə müayinənin nəticələri göstərir ki, məşğul əhalinin 47,6 faizini kişilər, 52,4 faizini qadınlar təşkil edir. İqtisadiyyatda məşğul olanların 11,5 faizi şəhər, 88,5 faizi isə kənd sakinləridir.
Müayinə aparılan dövrdə əhalinin iqtisadi fəallığının səviyyəsi 79,3 faiz, məşğulluğun səviyyəsi 97,3 faiz, işsizliyin səviyyəsi isə 2,7 faiz təşkil edib.
Qeyd olunur ki, 2021-ci ilin on ayında Füzuli rayonunun iqtisadiyyatında muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 174 nəfər azalaraq 9406 nəfər olub. Bu da məşğul əhalinin 16,6 faizini təşkil edir. Muzdlu işçilərin 92,8 faizi və ya 8732 nəfəri dövlət sektorunda çalışıb. Qeyri-dövlət sektorunda çalışanların sayı 674 nəfər və ya 7,2 faiz olub.
İdarə rəisinin məruzəsində qeyd olunur ki, iqtisadi fəaliyyət növü üzrə muzdla işləyənlərdən 45,6 faizi təhsildə, 2,6 faizi topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri sahəsində, 12,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində, 5,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində, 5,7 faizi sənayedə, 10,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,1 faizi tikintidə, 0,2 faizi informasiya və rabitə sahəsində, 0,2 faizi maliyyə və sığorta fəaliyyətində, 15,3 faizi isə digər sahələrdə çalışıb.
Muzdla işləyənlərin əksəriyyəti iri və orta müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olub.
Müəssisə və təşkilatlarda çalışan işçilərin 4893 nəfərini, yəni 52,0 faizini qadınlar təşkil edir.
2021-ci ilin on ayında rayonda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 460,4 manat təşkil edib. Dövlət sektorunda çalışanların orta aylıq nominal əməkhaqqı 461,6 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz çoxdur. Qeyri-dövlət sektorunda çalışanların orta aylıq əməkhaqqı isə keçən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artaraq 440,0 manat təşkil edib.
Orta aylıq nominal əməkhaqqı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 381,4 manat, emal sənayesində 222,4 manat, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahəsində 709,5 manat, su təchizatı və tullantıları təmizlənməsi sahəsində 408,6 manat, tikintidə 371,5 manat, topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri sahəsində 469,4 manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 294,4 manat, informasiya və rabitə sahəsində 319,1 manat, maliyyə və sığorta fəaliyyətində 1114,8 manat, peşə, elmi və texniki fəaliyyət sahəsində 411,7 manat, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində 286,9 manat, dövlət idarəetməsi və müdafiə sahəsində 601,7 manat, təhsildə 481,9 manat, səhiyyə və sosial təminat sahəsində 457,0 manat, digər sahələrdə xidmətlər üzrə 563,2 manat olub.
Rayon iqtisadiyyatının sənaye sektorunda 2021-ci ilin on ayında 533 nəfər muzdlu işçi çalışıb və onların 19,9 faizi qeyri-dövlət sənaye müəssisələrində cəmləniblər. Emal bölməsində 182 nəfər, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində 144 nəfər, su təchizatı; çirkli suların və tullantıların təmizlənməsi bölməsində isə 207 nəfər işləyib. 2021-ci ilin əvvəlindən sənaye sahəsində çalışan işçilərin orta aylıq əməkhaqqı 412,6 manat olub. Dövlət sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqı məbləği 439,8 manat, qeyri-dövlət sənaye müəssisələrində çalışanların orta aylıq əməkhaqqı məbləği isə 285,3 manat təşkil edib.
2021-cı ilin on ayında nəqliyyat və anbar təsərrüfatı müəssisələrində işləyən 49 nəfər muzdlu işçinin hamısı dövlət müəssisələrində çalışıb. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyatçıların orta aylıq əməkhaqqı 7,0 faiz artaraq 294,4 manat olub.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 21 nəfər, bir işçinin orta aylıq əməkhaqqı isə 328,8 manat olub.
Qeyd edilən dövr ərzində tikinti sektorunda işçilərin sayı 189 nəfər təşkil edib, onların 169 nəfəri və ya 89,4 faizi dövlət mülkiyyətinə, 20 nəfəri və ya 10,6 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus tikinti müəssisələrində cəmlənib. 2021-ci ilin on ayında inşaat sektorunda çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 385,7 manata çatmış və 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,0 faiz azalıb. Bu göstərici dövlət mülkiyyətində olan müəssisələrdə 384,6 manat, qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrində isə 395,5 manat təşkil edib.
1 noyabr 2021-ci il vəziyyətinə rayonda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq müəssisələrində çalışan işçilərin sayı 960 nəfər olub və onlara hesablanan əməkhaqqı fondunun məbləği 346,6 min manat təşkil edib. Onlardan 779 nəfəri dövlət bölməsində, 181 nəfəri isə qeyri-dövlət bölməsində çalışıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində orta aylıq əməkhaqqı 5,1 faiz artaraq 361,0 manat təşkil edib. Dövlət müəssisələrində işləyənlərin orta aylıq əməkhaqqı 324,4 manat olub.
2021-ci ilin on ayında topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri sahəsində çalışan işçilərin sayı 271 nəfər olub və onların orta aylıq əməkhaqqı 489,0 manat təşkil edib.
Maliyyə və sığorta fəaliyyəti sahəsində çalışan işçilərin sayı 21 nəfər olub və keçən ilə nisbətən onların sayı 15,0 faiz artıb, orta aylıq əməkhaqqı isə 14,6 faiz yüksələrək 1568,7 manata çatıb. Dövlət sektorunda işləyənlərin əməkhaqqı 410,0 manat, qeyri-dövlət sektorunda işləyənlərin əməkhaqqı isə 1690,7 manat olub.
Dövlət idarəetməsi və müdafiə; sosial təminat bölməsində işləyənlərin sayı 525 nəfər olub və onların sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 6,6 faiz azalıb, orta aylıq əməkhaqqı 4,7 faiz artaraq 570,3 manat təşkil edib.
Təhsil bölməsində işçilərin sayı 4329 nəfər olub və əvvəlki ilə nisbətən 2,6 faiz azalıb. Orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 14,0 faiz artaraq 504,5 manata çatıb.
Əmək siyasəti və əməyin ödənilməsi sahəsində həyata keçirilən islahatlar nəticəsində işləyənlərin orta aylıq əməkhaqqının ilbəil artması əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin edib. 2021-cı ilin on ayında rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 6,4 faiz artaraq 460,0 manata çatıb. Sənaye, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı rayon üzrə orta göstəricidən yüksək olub.
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:06
Deputat: "Bəzən vəfat edən şəxsin həyat yoldaşı ərinin pensiyasını almaq üçün 10 il gözləyir"
Bu gün, 14:49
ADSEA-nın səlahiyyətləri artırılıb
Bu gün, 11:47
Füzuli və Xocavənddə yanğın törədənlər cərimələniblər
Bu gün, 11:31
Maliyyə Nazirliyi altı qurumda yoxlama aparır - Siyahı
Bu gün, 11:00
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Dünən, 18:02
Əmək pensiyaları artırılacaq
Dünən, 17:25
Nəqliyyat Agentliyində nöqsanlar aşkarlanıb
Dünən, 16:06
İki dövlət qurumunda yoxlama aparılır
Dünən, 11:56
Dünya bazarında qızıl rekord qiymətədir
Dünən, 10:40
Çindən Azərbaycana yola düşən qatar Bakıya çatıb
Dünən, 07:53
Qızıl dolların ucuzlaşmasına səbəb ola bilər
8-09-2025, 23:31
“Tesla” ABŞ-da bazar payını itirir
8-09-2025, 13:56
Rusiya Çinin daxili istiqraz bazarına qayıdır
8-09-2025, 11:39
Avropa Afrikada böyük layihəyə start verir
5-09-2025, 22:31
İşçi qrupu növbəti iclasını keçirib - Fotolar
5-09-2025, 17:32
Azərbaycan və Macarıstan arasında yeni sənədlər imzalanıb
5-09-2025, 12:46
ABŞ və OPEC+ neftin qiymətlərini aşağı salır
4-09-2025, 14:32
23 aptekdə yoxlama aparılıb
4-09-2025, 13:58
ABŞ Səfirliyi köhnə əşyalarını satışa çıxarıb
4-09-2025, 11:00
Mərkəzi Bank vəzifəli şəxsi cərimələyib
3-09-2025, 15:11
Azərbaycan və Türkiyənin energetika nazirləri görüşəcək
3-09-2025, 11:24
Bakıya gizli gətirilən qızıl külçələr aşkarlanıb
3-09-2025, 08:19
“iPhone 17”-nin qiyməti məlum olub
2-09-2025, 18:00
Bakıda daşınmaz əmlak bahalaşıb
2-09-2025, 11:15
Azərbaycan və Braziliya İşçi qrupunun ilk iclasını keçiriblər - Foto
2-09-2025, 10:05
İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının tərkibi dəyişib
2-09-2025, 09:29
Generalın oğlu İngiltərədə şirkət açıb - Sənədlər
1-09-2025, 13:13
Mərkəzi Bank iki təşkilatın lisenziyasını ləğv edib
1-09-2025, 12:52
Xocavənd, Xocalı və Laçında aqrar torpaqlar icarəyə veriləcək
1-09-2025, 11:35
İlham Əliyev Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti ilə görüşüb - Fotolar
29-08-2025, 16:58
Daha 56 nəqliyyat vasitəsi hərraca çıxarılıb
28-08-2025, 13:31
Bakıda nəqliyyatda gedişhaqqı artırılacaq? - Açıqlama
28-08-2025, 10:15
Mərkəzi Bank "Delta Capital” və “Zuhur” MMC-nin lisenziyasını "dondurub"
28-08-2025, 08:45
Məşhur şirkət "robotların beyni"-ni satışa çıxarıb
27-08-2025, 16:24
Sənaye metallarının qiyməti artıb
27-08-2025, 16:11
Daha 29 nəqliyyat vasitəsi hərraca çıxarılıb
27-08-2025, 15:30
Fərhad Əhmədovun böyük vergi borcu yaranıb
27-08-2025, 12:28
ABŞ şirkəti Rusiya nefti ilə bağlı gizli danışıqlar aparır
27-08-2025, 11:56
Şahin Mustafayev: "Körfəz ölkələrini Qara Dənizə bağlayacaq yeni marşrut yaradılacaq"
27-08-2025, 11:33
ABŞ-la iqtisadi müharibə Rusiya üçün pis nəticələnə bilər
27-08-2025, 09:53
Avropanın iki ölkəsi Rusiya aktivlərinin müsadirəsinə qarşıdır
26-08-2025, 13:58
Rusiyanın 14 sərnişin təyyarəsində problem yaranıb