Bitkoin zirvəyə doğru irəliləyir
Tarix: 10-12-2021 11:38 | Bölmə: İqtisadiyyat
Bitkoin zirvəyə doğru irəliləyir

“Kriptoaktivlər bazarının artım tempi yaxın beş-on il ərzində artmaqda davam edəcək və bununla yanaşı, bitkoinin də kotirovkası qalxacaq”. Reyting.az xəbər verir ki, bu sözləri “RİA Novosti”yə müsahibəsində “Binanse” kriptovalyuta birjasının qurucusu və baş direktoru Çampen Çjao deyib.

Qarşıdakı 5-10 il ərzində bitkoinin kursunun artacağını proqnozlaşdıran Çjao daha sonra əlavə edib:

“Düzdür, hansısa qısamüddətli proqnozlar vermək həmişə çətindir. Vacib olanı odur ki, bu bazarın iştirakçılarının sayı durmadan artır. Bu, bir qayda olaraq, uzunmüddətli perspektivdə dəyərin artması deməkdir. Qarşıdakı beş-on ildə sənaye böyüməkdə davam edəcək, onunla birlikdə bitkoinin dəyəri də artacaq. Amma, bu artımın nə qədər olacağını indidən söyləmək çətindir”.

Qeyd edək ki, ötən şənbə günü ən tanınmış kriptovalyutaların kursu təqribən 20 faiz artıb. Bitkoinin dəyəri isə cari ilin sentyabrından minimum həddə - 42 min dollara ensə də, bu gün o, itkiləri bərpa edərək, ili 49 min dollar səviyyəsində başa vurur.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}