18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Amerika strateji neft ehtiyatlarını satışa çıxarır
Tarix: 11-12-2021 09:46 | Bölmə: İqtisadiyyat
Amerika strateji neft ehtiyatlarını satışa çıxarır

Ölkəyə “qara qızılın” tədarükündə yaranmış ləngimələrlə bağı problemi həll etmək üçün Ağ Ev “kombinasiyalı yanaşmadan” yararlanmaq niyyətindədir.

“Qazeta.ru” ABŞ Energetika Nazirliyindəki mənbəyə əsaslanaraq yazır ki, belə bir yanaşma dövlətin strateji neft ehtiyatlarından istifadəni nəzərdə tutur.

Məqalədə qeyd olunur ki, pandemiyadan sonra dünya iqtisadiyyatı tədricən bərpa olunmaqdadır və hazırda neft bazarında təklif tələbatı ödəməyə qadir deyil. Hərçənd son bir ayda neftin qiyməti orta hesabla 10 faiz enib, benzinin dəyəri də aşağı düşüb. İndiki durumda Ağ Ev administrasiyası təklif və tələbat arasındakı fərqi aradan qaldırmağın üsullarını axtarır.

Məhz bu səbəbdən ABŞ rəhbərliyi ölkənin strateji neft ehtiyatlarını hərəkətə gətirməyə qərar verib. Yəni, neftin bir hissəsi şirkətlərə veriləcək, digər qismi də satışa çıxarılacaq. Energetika Nazirliyi artıq dekabrın 17-də ilk satışa 18 milyon barrel neft qoymağı planlaşdırır. Bundan əlavə, 4,8 milyon barrel də “bazarda silkələnmələri tənzimləməkdən ötrü” yerli “ExxonMobil” şirkətinə veriləcək.

Mənbədən bir məsələyə də aydınlıq gətiriblər ki, “mübadilə və satışa kombinasiyalı yanaşma” 32 milyon barrel nefti bazara çıxarmağa imkan yaradacaq. ABŞ-ın energetika naziri Cennifer Grenholm bəyan edib ki, bu tədbir neft tədarükündəki ləngimə problemini aradan qaldırmağa kömək edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər