18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Nazirlik: "Azərbaycanda noyabrda gündəlik 589 min barel xam neft hasil edilib"
Tarix: 13-12-2021 16:12 | Bölmə: İqtisadiyyat
Nazirlik: "Azərbaycanda noyabrda gündəlik 589 min barel xam neft hasil edilib"

Bu ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 708,4 min barrel olub. Bunun 588,9 min barelini xam neft, 119,5 min barelini isə kondensat təşkil edib.

Energetika Nazirliyindən Reyting.az-a bildirilib ki, OPEC+ ölkələri nazirlərinin 21-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının noyabrda daha 7 min barrel artırılaraq 647 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 71 min barel həcmində olması nəzərdə tutulurdu.

Nazirlərin 22-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi dekabrda gündəlik 64 min barrel təşkil edir. Bu isə ölkəmizdə xam neftin ötən ayla müqayisədə dekabrda gündəlik olaraq 7 min barel çox, yəni 654 min barel istehsalına imkan yaradır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər