18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Mikayıl Cabbarov: “Bu il ÜDM-nin dəyəri 50 milyard dolları keçəcək”
Tarix: 14-12-2021 13:50 | Bölmə: İqtisadiyyat
Mikayıl Cabbarov: “Bu il ÜDM-nin dəyəri 50 milyard dolları keçəcək”

“2021-ci ilin yekununda Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) dəyəri 50 milyard ABŞ dollarını keçəcəyini proqnozlaşdırırıq”.

Bunu Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Bu ilin 11 ayının nəticələrinə görə, ÜDM-in artım tempi 5,3 %, o cümlədən qeyri-neft sektorunun artım tempi 6,4 % olub. Qeyri-neft məhsullarının ixracının artımına gəldikdə, hesabat dövründə bu rəqəm 44 % səviyyəsindədir və ilin sonuna qədər biz müvafiq dinamikanın qalacağını gözləyirik”, - deyə o, qeyd edib.

İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2022-ci ildə Azərbaycanın real ümumi daxili məhsulu 3,9 % artaraq 86,6 milyard manata çatacaq.

Eyni zamanda gələn il qeyri-neft ÜDM-in 4,9 %, neft ÜDM-in 1,8 % artması gözlənilir.

Qeyd edək ki, neft qiymətlərinin 50 ABŞ dolları/barel səviyyəsi nəzərdə tutularaq hazırlanmış makroiqtisadi proqnozlara əsasən, bu ilin sonunda Azərbaycanın ÜDM-si 5,1 %, qeyri-neft ÜDM-si 6 %, neft ÜDM-si 3,2 % artacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər