18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Məşğulluq və işsizlik haqqında qanunlara dəyişikliklər qəbul edilib
Tarix: 14-12-2021 15:35 | Bölmə: İqtisadiyyat
Məşğulluq və işsizlik haqqında qanunlara dəyişikliklər qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Reyting.az
xəbər verir ki, sənəddə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslərin peşə hazırlığı kurslarına ödənişsiz cəlb edilməsi, həmçinin peşə hazırlığına cəlb olunduqları dövrdə təqaüd almaları, haqqı ödənilən ictimai işlərə, habelə özünüməşğulluğa cəlb olunmaları kimi aktiv məşğulluq tədbirlərini təsbit edən müddəalar əlavə olunur.

Xatırladaq ki, dəyişiklik layihəsi “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycanın 2020-ci il 29 dekabr tarixli 235-VIQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1233 nömrəli Fərmanının icrası çərçivəsində hazırlanıb.

Bununla yanaşı, işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsi genişləndiriləcək.

Bununla bağlı bu gün Milli Məclisin plenar iclasın müzakirəsinə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilib.

Həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi nəzərdə tutulub.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Xatırladaq ki, dəyişiklik layihəsi “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycanın 2020-ci il 29 dekabr tarixli 235-VIQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1233 nömrəli Fərmanının icrası çərçivəsində hazırlanıb.

Həmçinin, dəyişikliklə müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur.

Belə ki, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq.

Bu ödəniş əvvəlki redaksiyada 35 ay sığorta stajına görə verilirdi.

Xatırladaq ki, dəyişiklik layihəsi “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycanın 2020-ci il 29 dekabr tarixli 235-VIQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1233 nömrəli Fərmanının icrası çərçivəsində hazırlanıb.

Qanuna dəyişiklik layihələri müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər