18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycanda araqların keyfiyyəti ilə bağlı dövlət standartı qəbul olunub
Tarix: 14-12-2021 15:46 | Bölmə: İqtisadiyyat
Azərbaycanda araqların keyfiyyəti ilə bağlı dövlət standartı qəbul olunub

Azərbaycanda istehsal olunan araqların keyfiyyətinin yüksəldilməsi məqsədi ilə AZS 904-2021 “Araq və xüsusi araqlar. Ümumi texniki şərtlər.” dövlət standartı qəbul olunub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, tünd alkoqollu içkilər sahəsi üzrə keyfiyyət tələblərini müəyyən edən standart beynəlxalq normalar və qaydalara, elm və texnologiyanın müasir nailiyyətlərinə əsaslanaraq hazırlanıb. Standart layihəsini “Üzümçülük və şərabçılıq məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu təsdiqləyib, Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Araq və xüsusi araqlara şamil olunan yeni standart məhsulun keyfiyyəti ilə yanaşı, rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə də müsbət təsir göstərəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər