18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Amerika şirkətləri Rusiyanı tərk etsə, nə baş verər?
Tarix: 14-12-2021 16:44 | Bölmə: İqtisadiyyat
Amerika şirkətləri Rusiyanı tərk etsə, nə baş verər?

ABŞ Ticarət Palatasının prezidenti Aleksis Rodzyanko hesab edir ki, Ağ Ev Rusiyaya qarşı sanksiyaların bir neçə variantını tətbiq etməlidir.

Reyting.az
-ın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, cənab Rodzyanko bildirib ki, Moskvaya qarşı ən çox ehtimal edilən ssenarilərdən biri Amerika şirkətlərinə Rusiyada işləməyi qadağan etməkdir. Bu halda həmin şirkətlər ya fəaliyyətlərini tam dayandırmalı, ya da bu ölkədəki bizneslərini satmalı oacaqlar.

Ticarət Palatasının rəhbəri hesab edir ki, bu ssenari reallaşarsa, ABŞ iqtisadiyyatı üçün müəyyən riskə baxmayaraq, Rusiya iqtisadiyyatına çox böyük zərbə endiriləcək.

Cənab Rodzyanko ikinci təsir mexanizmi kimi Rusiyanın SWIFT xidmətindən məhrum edilməsini önə çəkir. Fəqət bu, Rusiyadan ötrü həlledilməz problemə çevrilməyəcək. Yəni, banklararası kommunikasiyanın yüksək təhlükəsizliyə malik çoxlu sayda alternativ sistemləri mövcuddur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər