“Yaşıl enerji məkanı” üzrə alt İşçi Qrupunun 7-ci iclası keçirilib
Tarix: 16-12-2021 13:50 | Bölmə: İqtisadiyyat
“Yaşıl enerji məkanı” üzrə alt İşçi Qrupunun 7-ci iclası keçirilib

“Yaşıl enerji məkanı” üzrə alt İşçi Qrupunun videokonfrans formatında 7-ci iclası keçirilib.

Energetika Nazirliyindən Reyting.az-a verilən məlumata görə, Alt İşçi Qrupun rəhbəri, nazir Pərviz Şahbazovun sədrliyi ilə baş tutmuş iclasda "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" əsasında hazırlanmış “2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinin “Yaşıl enerji məkanı”na dair hissəsi, o cümlədən alt məqsədlər, fəaliyyət istiqamətləri və hədəflər müzakirə olunub.

Alt İşçi Qrupda Energetika Nazirliyi ilə yanaşı İqtisadiyyat, Maliyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri təmsil olunur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}