Azərbaycan Rusiyaya 1,2 milyard dollardan çox investisiya yatırıb
Tarix: 16-12-2021 14:56 | Bölmə: İqtisadiyyat
Azərbaycan Rusiyaya 1,2 milyard dollardan çox investisiya yatırıb

İndiyədək Rusiya iqtisadiyyatına yatırılmış Azərbaycan investisiyalarının həcmi 1,2 mlrd. ABŞ dollarını ötüb.

Bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ADA Universitetində keçirilən "İnteqrasiya prosesləri kontekstində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri" adlı konfransda deyib.

Onun sözlərinə görə, Rusiya isə ölkə iqtisadiyyatına 6 mlrd. dollardan çox investisiya yatırıb və hazırda Azərbaycanda qeydiyyata alınmış Rusiya kapitallı 1 110-a yaxın müəssisə mövcuddur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}