18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini daha bir faiz endirib
Tarix: 16-12-2021 15:23 | Bölmə: İqtisadiyyat
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini daha bir faiz endirib

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

Reyting.az
TRT-yə istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 1 faiz bəndi azaldılaraq 15%-dən 14%-ə endirilib.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin ötən il dekabrın 24-də keçirilmiş iclasında 15 %-dən 17 %-ə qaldırılmış, bu il fevralın 18-də keçirilən iclasında sabit saxlanılmış, martın 18-i keçirilmiş iclasında 17 %-dən 19 %-ə qaldırılmış, sentyabrın 23-də keçirilmiş iclasında 19 %-dən 18 %-ə, oktyabrın 21-də keçirilmiş iclasında isə 18 %-dən 16 %-ə, noyabrın 18-də keçirilmiş iclasında 16 %-dən 15 %-ə endirilmişdi.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər