Rusiya Azərbaycanın 3 müəssisəsinə alma və pomidor tədarükünə icazə verib
Tarix: 16-12-2021 16:24 | Bölmə: İqtisadiyyat
Rusiya Azərbaycanın 3 müəssisəsinə alma və pomidor tədarükünə icazə verib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Azərbaycanın 3 müəssisəsinnə alma və pomidor tədarükünə icazə verib.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, onlar sabahdan ixraca başlaya bilərlər.

Qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə pomidor və alma yetişdirən müəssisələrdə aparılan fitosanitar monitorinqin nəticələrinə əsasən qəbul edilib.

Həmin şirkətlər Bakının Sabunçu rayonunda yerləşən "Yaşıl məhsul" MMC, Suraxanı rayonunda yerləşən “TST Azərbaycan” MMC və Xətai rayonunda yerləşən “Exotica” MMC-dir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}