18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycan Sənaye Korporasiyasında yeni təyinat olub
Tarix: 16-12-2021 16:41 | Bölmə: İqtisadiyyat
Azərbaycan Sənaye Korporasiyasında yeni təyinat olub

"Azərbaycan Sənaye Korporasiyası’’ ASC-nin (ASK) Strateji inkişaf və kommersiya departamentinə direktor təyin olunub.

Reyting.az
ASC-yə istinadla xəbər verir ki, yeni vəzifəyə təyinat alan Rüstəm Əkbərli 1990-cı ildə Yardımlı rayonunda anadan olub, 2007-2011-ci illərdə Bakı Dövlət Universitetində “Beynəlxalq münasibətlər” ixtisası üzrə fərqlənmə diplomu ilə bakalavr təhsili alıb, 2012-2013-cü illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamentində mütəxəssis vəzifəsində çalışıb, 2013-2014-cü illərdə Türkiyənin İstanbul Universitetində “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə magistr təhsili alıb.

2007-2015-ci illərdə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı” çərçivəsində 2014-2016-cı illərdə Avstraliyanın Sidney şəhərində yerləşən Makkuori Universitetində "Beynəlxalq biznes və beynəlxalq münasibətlər" ixtisası üzrə ikili magistr dərəcəsi alıb.

2016-2017-ci illərdə “Nurgün Holdinq”də Biznesin inkişafı şöbəsində menecer, daha sonra şöbə müdiri vəzifəsində çalışıb, 2018-2019-cu illərdə ASK-nın Maliyyə departamentində İnvestisiya şöbəsinin aparıcı və baş mütəxəssisi, daha sonra şöbə müdiri vəsifəsində çalışıb, ötən ilin əvvəlindən Strateji inkişaf və kommersiya departamentində direktor müavini olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər