18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
ƏƏSMN: "Daha 4 min nəfərin maaşı artırılacaq"
Tarix: 17-12-2021 17:06 | Bölmə: İqtisadiyyat
ƏƏSMN: "Daha 4 min nəfərin maaşı artırılacaq"

Prezident İlham Əliyevin yeni “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncamı da 2022-ci ilin yeni sosial paketinin tərkib hissəsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Reyting.az-a verilən məlumata görə, sərəncam dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçiləri əhatə etməklə onların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir:

"Həmin təşkilatlarda çalışanların maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20% artırılacaq. Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Bu təşkilatlarda ümumilikdə 4 min şəxs çalışır".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər