18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Vüsal Qasımlı: "Azərbaycan iqtisadiyyatı yeni mərhələyə qədəm qoyub"
Tarix: 21-12-2021 11:50 | Bölmə: İqtisadiyyat
Vüsal Qasımlı: "Azərbaycan iqtisadiyyatı yeni mərhələyə qədəm qoyub"

"Azərbaycan iqtisadiyyatı Vətən müharibəsində qazanılmış qələbədən sonra tamamilə yeni bir mərhələyə qədəm qoyub".

Reyting.az
xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah" mövzusunda konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

"İşğaldan azad edilmiş ərazilər, təxminən, 10 min kvadratmetr kilometrdir. Bu da 35 xarici ölkənin ərazisindən böyük ərazi deməkdir. Qarabağın əhalisi isə 60 xarici ölkənin əhalisindən çox əhali deməkdir.

Milli iqtisadiyyatı kəmiyyət və keyfiyyət cəhətdən yeni mərhələyə qədəm qoyub. Bu mərhələnin xarakterik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, Azərbaycanda qələbədən sonra risk mənfəət nisbəti yaxşılaşır. Ona görə ki, risk aşağı düşür, riskin aşağı düşməsinin əsas səbəbi ondan ibarətdir ki, Azərbaycan öz təhlükəsizliyini təmin edib. Azərbaycan nəinki özünün, hətta regionun təhlükəsizliyini təmin etməklə riski aşağı çəkib. Bununla mənfəət normasının artması da gözlənilir", - o qeyd edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər