18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
​​​​​​​Təhsil Nazirliyinin idarəsi 266 mln manatlıq iki tenderə yekun vurub
Tarix: 22-12-2021 14:39 | Bölmə: İqtisadiyyat
​​​​​​​Təhsil Nazirliyinin idarəsi 266 mln manatlıq iki tenderə yekun vurub

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir sıra təhsil müəssisələrində qazanxana və istilik sistemləri üçün avadanlıqların alınıb -quraşdırılması (1), eləcə də “maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınması (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Parlaq-N" MMC və "Simplex" QSC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 24,376 milyon manat və 241,673 milyon manat, ümumilikdə isə 266,05 milyon manat ödəniləcək.

Xatırladaq ki, "Simplex" şirkəti Təhsil Nazirliyinin digər tenderlərində də qalib elan olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər