18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
DİN-in xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin maaşı artırılıb
Tarix: 23-12-2021 15:51 | Bölmə: İqtisadiyyat
DİN-in xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin maaşı artırılıb

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında fərman imzalayıb.

Reyting.az
xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Müəyyən edilib ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan əlavə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ödənilir.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər