Avropada təbii qaz kəskin ucuzlaşıb
Tarix: 24-12-2021 13:07 | Bölmə: İqtisadiyyat
Avropada təbii qaz kəskin ucuzlaşıb

Avropada bu gün keçirilən hərracların əvvəlində təbii qazın qiyməti 7 faiz azalıb.

“Report” xəbər verir ki, Londonun “İCE Futures” birjasında TTF onlayn qaz satışı mərkəzində yanvar fyüçersi 1441 USD/1000 kubmetrdən satılıb. Ötən gün isə qaz 27 faizdən çox ucuzlaşıb.

Xatırladaq ki, qarşıdan gələn soyuq havalar ərəfəsində, həmçinin yeraltı anbarlarda qazın azlığı nəticəsində dekabrın 21-də regiondakı hərraclarda "mavi yanacaq" ilk dəfə olaraq 2000 ABŞ dolları həddini keçmişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}