18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Xüsusi nümayəndə: "Zəngəzur dəhlizi ilə bağlı dəmir yolu layihəsi qrafikə uyğun davam etdiriləcək"
Tarix: 24-12-2021 16:59 | Bölmə: İqtisadiyyat
Xüsusi nümayəndə: "Zəngəzur dəhlizi ilə bağlı dəmir yolu layihəsi qrafikə uyğun davam etdiriləcək"

"Son bir ildə başlamış işlər qrafikə uyğun davam edəcək. Bu, ilk növbədə, əlaqələndirmə qərargahı çərçivəsində fəaliyyət göstərən işçi qruplarında aparılan bütün tədbirlərin əks olunduğu strateji fəaliyyət planı, eyni zamanda xüsusi dövlət proqramına əsasən həyata keçiriləcək".

Bu fikirləri Azərbaycan prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, proqramın yaxın günlərdə yekunlaşması nəzərdə tutulub: "Bəzi rayon mərkəzlərimizin artıq baş planları təsdiq olunub. Digər ərazilərdə də bu işlər davam etdirilir. Biz növbəti ildə bu işlərin yekunlaşmasını gözləyirik. Eyni zamanda işğaldan azad edilən ərazilərdə rayonlar üzrə kəndlərin planlarının layihələndirilməsi davam edir. Sözsüz ki, Zəngəzur dəhlizi ilə bağlı dəmir yolu layihəsi qrafikə uyğun növbəti ildə davam etdiriləcək".

E. Hüseynov bildirib ki, vətəndaşların tez zamanda yurdlarına qayıdışı üçün tələb olunan fiziki, iqtisadi infrastrukturun, iş yerlərinin yaradılması istiqamətində başladılan layihələr gələn il də davam etdiriləcək: "Ənənəvi sahələrlə yanaşı, insanların iqtisadi fəaliyyətlərini qura bilmələri üçün həm kiçik, həm də orta biznes nümayəndələrinə imkan yaradılacaq"




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər