18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Almaniyada qaz və elektrik kəskin bahalaşıb
Tarix: 24-12-2021 17:57 | Bölmə: İqtisadiyyat
Almaniyada qaz və elektrik kəskin bahalaşıb

Son bir il ərzində alman istehlakçıları üçün qazın qiyməti 46,6 faiz artıb.

Reyting.az
-ın xəbərinə görə, “Handelsblatt” qəzeti yazır ki, ilin əvvəlindən ölkədə elektrik enerjisinin də qiyməti orta hesabla 18,4 faiz yüksəlib. İlin əvvəlində 4 min kilovat-saat işlədən vətəndaş buna görə 1171 avro ödəyirdisə, dekabrda bu göstərici 1386 avro təşkil edib. Yəni, ilin əvvəli ilə müqayisədə elektrik enerjisinin xərci 215 avro artıb.

Məlumatda həmçinin o da nəzərə çatdırılır ki, ölkənin 7000 qaz tədarükçüsündən 515-i elan edib ki, gələn ilin yanvar-fevral aylarında bu iki enerji daşıyıcısının qiymətləri 23,1 faiz yuxarı qalxacaq. Sonda qəzet onu da yazır ki, qazın bahalaşdığı rayonlarda 32 milyona yaxın əhali yaşayır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}