18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
“Aztelekom”un daha 2 yeni regional filialı yaradılıb
Tarix: 27-12-2021 15:10 | Bölmə: İqtisadiyyat
“Aztelekom”un daha 2 yeni regional filialı yaradılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) məxsus “Aztelekom” MMC-nin daha 2 yeni regional filial yaradılıb.

Bununla da şirkətin regional filiallarıınn sayı 5-ə çatıb.

Yeni yaradılan "Cənub Şirvan Regional Filialı" mərkəzi Şirvan şəhəri olmaqla Şirvan, Salyan, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Hacıqabul şöbələrini, "Şimal-Qərb Regional Filialı" isə mərkəzi Zaqatala şəhəri olmaqla Zaqatala, Balakən, Qax, Şəki, Oğuz şöbələrini əhatə edir.

"Aztelekom"da struktur islahatları “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” ölkə prezidentinin 27 aprel 2021-ci il tarixli fərmanına uyğun olaraq aparılır. Bundan əvvəl şirkətin "Şimal-Şərq", "Aran" və "Dağlıq Şirvan" regional filialları yaradılıb. Filialların sayının 8-ə çatdırılması nəzərdə tutulur.

Nazirlikdən məlumatı təsdiq ediblər/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}