18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
"Meliorasiya və Su Təsərrüfatı” ASC 4 milyonluq tender keçirib
Tarix: 27-12-2021 16:36 | Bölmə: İqtisadiyyat
"Meliorasiya və Su Təsərrüfatı” ASC 4 milyonluq tender keçirib

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti mərkəzləşdirilmiş elektron uçot sisteminin yaradılması (1), meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazasının yaradılması (2), maşın və mexanizmlərə GPS izləmə sisteminin quraşdırılması(3), Ağstafa rayonu, Köçəsgər kəndində sel sularından mühafizə tədbirlərinin görülməsi (4) ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq "Prosys", "Datum", “Matrix” və “Real-İnşaat” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 0,69 milyon manat, 2,1 milyon manat, 0,657 milyon manat və 1,152 milyon manat, ümumilikdə isə 4,599 milyon manat ödəniləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}