18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Hesablama Palatasında kollegiya iclası keçirilib
Tarix: 29-12-2021 17:40 | Bölmə: İqtisadiyyat
Hesablama Palatasında kollegiya iclası keçirilib

Bu gün Hesablama Palatasında, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə kollegiya iclası keçirilib.

Palatadan Reyting.az-a verilən məlumata görə,  iclas Milli Məclisinin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafanın iştirakı ilə baş tutub.

İclasda 2021-ci ilin İş Planında nəzərdə tutulmuş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın icrası üzrə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyəti üzrə” nəzarət tədbirinin nəticələrinə dair auditor hesabatı müzakirə olunaraq müvafiq qərar qəbul edilib, eləcə də, Hesablama Palatasının funksional fəaliyyəti ilə bağlı cari məsələlərə baxılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər