Tramp Şimali Koreya lideri ilə gələn il görüşəcək
Tarix: 15-11-2018 19:15 | Bölmə: Xəbərlər
Tramp Şimali Koreya lideri ilə gələn il görüşəcək

ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın lideri Kim Çen Inla 2019-cu ildə görüşməyi planlaşdırır və Pxenyanın silahlanma proqramının dayandırıması üzrə konkret planların əks olunmasına təkid edəcək.

Reyting.az bildirir ki, bunu ABŞ-ın vitse-prezidenti Maykl Pens Cənubi Koryanın prezidenti Mun Çjeinlə Sinqapurdakı görüşündən sonra söyləyib.

Onun sözlərinə görə, görüş, çox ehtimal ki, gələn ilin birinci yarısındabaş tutacaq, lakin vaxtı və görüş yeri hələ hazırlanacaq.

Pens NBC News-ə müsahibəsində deyib ki, Birləşmiş Ştatlar Pxenyandan nüvə silahının tam siyahısını tələb etmir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}