Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Tarix: 14-03-2019 10:38 | Bölmə: Xəbərlər
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-in mətbuat xidmətinin məlumatına görə, martın 13-də ölkədə 30 cinayətin üstü "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}