"Space" televiziyası cərimələndi - Səbəb
Tarix: 24-04-2019 16:46 | Bölmə: Xəbər lenti
"Space" televiziyası cərimələndi

Aprelin 24-də Yasamal rayon Məhkəməsində Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) “Space” televiziyasına qarşı tərtib etdiyi protokol üzrə məhkəmə prosesi keçirilib.

Reyting.az bildirir ki, prosesdə elan edilən qərara əsasən, MTRŞ-ın iddiası təmin edilib və televiziya 6 min manat cərimələnib.

MTRŞ İnzibati Xətalar Məcəlləsin 384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsi ilə protokol tərtib edib. MTRŞ-nın məlumatına əsasən, “Space TV"də “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib.

Kanalın efirində gedən ədəbsiz söz və ifadələr şuranın apardığı monitorinqlər zamanı aşkar olunub. MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}