Sərhəddə 21 cəsəd tapılıb
Tarix: 20-05-2019 18:56 | Bölmə: Xəbərlər
Sərhəddə 21 cəsəd tapılıb

Son iki ayda qarın əriməsindən sonra İran-Türkiyə sərhəddində 21 mühacirin cəsədi tapılıb.

Reyting.az
“Evrensel” saytına istinadla xəbər verir ki, bu barədə Türkiyə İnsan Haqlar Dərnəyinin Van şöbəsi məlumat yayıb.

Şöbənin başçısı Murat Melet Pakistan, Banqladeş, Əfqanıstan, Suriya, İran və daha bir neçə ölkədən olan mühacir-qaçqınların bu marşrutla Avropa və ABŞ-a üz tutduqlarını bildirib.

O deyib: "Xüsusilə İran və Suriya sərhəddindən Türkiyəyə girməyə çalışan qaçqınlar böyük çətinliklərlə qarşılaşırlar. Aprel və may aylarında İran-Türkiyə sərhədində qarın əriməsi ilə 21 qaçqının cənazəsi ortaya çıxıb. Bu, hər kəsin vicdanını narahat etməlidir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}